SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Koreya Xalq Demokratik Respublikasının xaker qrupu Cənubi Koreya məmurlarının smartfonlarına girib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Cənubi Koreya milli kəşfiyyat xidmətinin yaydığı bəyanatda deyilir. Məlumata görə, məmurların smartfonlarına girən xakerlər mətn və səs mesajlarını götürüblər. 
 
 
Cənubi Koreya təhlükəsizlik orqanları hansı rəsmi şəxslərin kiberhücum nəticəsində zərər çəkdiyini açıqlamayıb. Hazırda bu informasiya məxfi şəkildə saxlanılır. kiberhücumun fevralın sonu - martın əvvəlində baş verdiyi güman edilir. 

Son illərdə Seul bir neçə dəfə kibercinayətlərdə Pxenyanı ittiham edib. Ancaq Koreya Xalq Demokratik Respublikası bu iddiaları inadla inkar edirdi.
 
BAKU.WS