SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Aslan Neferler Tim" adlı türk xaker qrupu Ermənistan Mərkəzi Bankının rəsmi internet saytını bloklayıb. 
 
BAKU.WS-in məlumatına görə, bir müddət öncə dünyanın ən məşhur xaker qrupu "Anonymous"un internet saytını bloklayaraq adından söz etdirən xakerlər bu dəfə də Ermənistan Mərkəzi Bankının rəsmi saytını sıradan çıxarıb.
 
Xaker qrupu sosial şəbəkədən paylaşdığı açıqlamada bunları yazıb: "Azərbaycandakı qardaşlarımız üçün Ermənistan Mərkəzi Bankının rəsmi saytını sıradan çıxardıq".
 
Əldə edilən məlumata görə, Ermənistan Mərkəzi Bankına edilən kiber hücumdan sonra baş bank milyonlarla dollara zərərə düşüb.

BAKU.WS