VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəliyev Rafael Cuma oğlu atasına məxsus 03-BC-988 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən iki piyadanı - kənd sakinləri, 1995-ci il təvəllüdlü Musazadə Musa Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Mehdizadə Əlfəddin Ağamehdi oğlunu vurub. Hər iki şəxs Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, M. Musazadə Azərbaycan İlahiyyat İnstitutunun tələbəsidir. Ə. Mehdizadə isə rayonda şirkətdə çalışır. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS