SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını yolu keçmək istəyən İbrahimov Ənvər Qulu oğlunu vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun sağ ayağı amputasiya edilib. Hazırda piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS