SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Nərimanov rayonunda sürücünün diqqətsizliyi qəzaya səbəb olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək avtomaşını eyni istiqamətdə hərəkətdə olan BMW markalı minik maşınına çırpıb.

Hadisə xəsarətsiz ötüşsə də, avtomobillərə ciddi ziyan dəyib.

Qəza yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.

BAKU.WS
VİDEO