SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasetmə qüvvələri “Hyundai” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri “Opel” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS