SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayon İcra Hakimiyyəti başçısının sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin İsmayılov işdən azad olunub.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Goranboy rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən, E.İsmayılov səhhətində yaranan problemə görə öz ərizəsi ilə işdən azad olunub.

Hələlik onun yerinə heç bir təyinat olmayıb.

Bildirək ki, Elçin İsmayılov həbs edilən sabiq icra başçısı Nizaməddin Quliyevin dövründə müxtəlif məsul vəzifələrdə çalışıb.

O, icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini və digər vəzifələrdə işləyib.

BAKU.WS