SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda kürəkən qayınanasını bıçaqlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, 39 yaşlı Leyla İsgəndərova münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.

Qadın ətrafdakı insanların yardımı ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbəsi alan qadının vəziyyəti ağır qiymətləndirilir.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törədən şəxs həbs olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS