SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda yaşayış evində partlayış olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış baş verib.

Nəticədə Narıngül Osmanova və əri - 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibb müəssisəsindən APA-ya bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib. Onların müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmələri nəzərdə tutulur.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS