VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Qardabani rayonunda yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə martın 10-da axşam saatlarında Satiçala Muğanlısı kəndində baş verib.

Gənclər arasında yaranan qarşıdurmaya xırda mübahisə səbəb olub. Dava zamanı bir neçə azərbaycanlı gəncə daşla yüngül xəsarətlər yetirilib, bir gürcü gənc isə bıçaqlanıb.

Bıçaqlanan şəxsin xəsarətləri ağır olmayıb və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Polis insidentlə bağlı araşdırma aparır.

Kənd sakinləri bildiriblər ki, hadisənin axşamı tərəflər arasında artıq barışıq əldə olunub. Onlar gənclər arasında qarşıdurmanın milli zəmində olmadığını qeyd ediblər.

BAKU.WS