SİZİN REKLAM BURADA!
055 213 76 73


İntihara cəhd edən feminist Aysel Ələkbərzadənin əməlinin bəzi detalları məlum olub. 

BAKU.WS xəbər verir ki, Ayselin yaxın dostu Nurlan Cəfəri SƏS TV-yə açıqlamasında bildirib ki, qız son günlər baş verənlərin nəticəsi olaraq intihar edib:  

"Ayselin dediyinə görə, intihar etməsinə ona qarşı bir nəfərin böhtan atması da səbəb olub. İnsanların Ayselin üstünə getməsinə səbəb ona böhtan atan şəxsə inamın çox olması olub.

İnsanlar bilmədən Ayselin üstünə şığıdılar. Ona psixoloji təsir göstərdilər. Ayselin yanında olan adamlar da onu tək qoydular. 

Səhər 5 idi. Aysellə bir yerdə qalan şəxs zəng etdi ki, özünü atdı binadan. 1 saat əvvəl onunla danışmışdıq. Bizə dedi ki, yazdıqlarını etməyəcək. Binanın qarşısına gələndə gördük ki, həqiqətən, intihar edib".  

Qeyd edək ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksəkmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Bildirilir ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.

BAKU.WS
VİDEO