SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla H.Qədimovaya məxsus içərisində 3500 manat olan pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin müraciət üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-in 177-ci maddəsi ilə axtarışda olan olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Toyota” markalı avtomobildən eyni üsulla 1200 manat dəyərində noutbuku oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-in müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS