SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunun Nabran qəsəbəsində mişar daşı ilə başına vurularaq öldürülən şəxsin qətlinin təfərrüatları məlum olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, rayon sakini 26 yaşlı Taleh Mursalov münaqişə zamanı mişar daşı ilə zərbələr vuraraq Bakı şəhər sakini Tərlan İbrahimovu qətlə yetirib.

Yaxınlıqdakı marketin ön tərəfində Tərlan İbrahimovun meyiti, baş nahiyəsinin ətrafında yerdə qan izləri, mərhuma məxsus mobil telefon, мarketdən sağ tərəfdə yerləşən su kanalında isə üzərində qana bənzər ləkələr olan mişar daşı aşkar edilib.

Həmin gecə Taleh Mursalov şübhəli şəxs qismində saxlanılıb. İstintaqla müəyyən edilib ki, avqustun 15-i saat 22 radələrində Taleh Mursalov yaşadığı Dalğalı kəndinin ərazisində, fəaliyyət göstərməyən marketin qarşısında dayananda həmin kənddə müvəqqəti qalan Tərlan İbrahimovla aralarında mübahisə baş verib.

Əlbəyaxa olarkən sərxoş vəziyyətdə olan İbrahimovu özündən kənarlaşdırmaq üçün yumruqla üz nahiyəsindən vuraraq yerə yıxıb.

Sonuncunun ayağa qalxmaq istədiyini görüb marketin qarşısında çəkisi 30 kiloqram olan mişar daşını götürərək onun sifət və baş nahiyəsindən möhkəm zərbələr endirərək öldürüb.

Taleh Mursalov bildirib ki, Tərlan İbrahimov qonşusu olub, aralarında ədavət olmayıb. Tərlan Bakıda yaşayıb, yay aylarında istirahət etmək üçün Nabrandakı evində qalıb.

Avqustun 15-i saat 22 radələrində gəzmək üçün küçəyə çıxıb, evdən 200 metr aralıda yerləşən ərzaq mağazasının qarşısında sərxoş vəziyyətdə olan İbrahimovla rastlaşıb.

Tərlan onu görüb nəsə soruşmaq istədikdə Taleh sərxoş vəziyyətdə olan qonşusuna uzaqlaşması üçün "bilmirəm" deyib. Cavab оlaraq Tərlan səbəbsiz yerə söyüş söyməyə başlayıb, üstünə gəlib, qollarından tutub.

Onu özündən kənarlaşdırmaq istəyəndə çəkişmə başlayıb. Dalaşaraq marketin sağ tərəfindəki su arxının yanına yaxınlaşıblar, Tərlanın əl çəkmədiyini görüb yumruqla sifət nahiyəsinə bir dəfə güclü zərbə vurub. Zərbədən qonşusu yerə yıxılıb.

Daha sonra ayağa qalxmaq istədiyini görən Mursalov mişar daşını götürüb, var gücü ilə İbrahimovun başına çırpıb. Hirsi soyumadığı üçün Tərlanın baş nahiyəsinə 2-ci dəfə daşla zərbə endirib. Qonşusunun öldüyünü görüb, mişar daşını qaldırıb, yanındakı su kanalınа atıb.

Bundan sonra evə gedib, hadisə barədə heç kəsə məlumat verməyib. Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək onu bölməyə aparıblar, orada Tərlan İbrahimovu öldürdüyünü etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Mursalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS
VİDEO