SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün saat 16:00 radələrində rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və ayağı sürüşərək suya yıxılıb.

Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb.

Məlumata görə, Xalid Ömərov balıq tutmağa 3 azyaşlı övladı ilə gedib və hadisə də övladlarının gözü qarşısında baş verib.

Uşaqlar suda boğulan atalarına kömək etmək üçün kənd sakinlərini əraziyə çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. X.Ömərovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS