SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimali Kiprdə yerləşən "Lefkoşa Türk Liseyi"ndə bədən tərbiyəsi müəllimi şagirdini məktəb tualetində istismar edərək kameraya çəkib.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Hüseyin G. adlı müəllim liseyin 17 yaşındakı şagirdinə qarşı etdiklərindən sonra polis təhsil ocağına basqın edib.

Müəllimin mobil telefonununu ələ keçirən polislər Hüseyin G.-nin şagirdi ilə cinsi əlaqəyə girdiyini əks etdirən kadrları əldə edib.

Hüseyin G. bundan başqa şagirdə dostları ilə də cinsi əlaqədə olması üçün pul təklif edib.

Hadisənin üstü açıldıqdan sonra müəllim vəzifəsindən uzaqlaşdırılıb.

Haqqında toplanan məlumatlar məhkəməyə göndərilib.

Təhsil üzrə səlahiyyətli şəxslər bu məsələdə müəllimə ən sərt cəzanın verilməsini tələb edir. 

BAKU.WS
VİDEO