SİZİN REKLAM BURADA!
055 213 76 73


Siyəzən rayonunun Yenikənd kəndində “Shachman” markalı yük avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS