VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda mənzildə partlayış olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sumağalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1952-ci il təvəllüdlü İsrail Bayramov mənzilinin hamamında suyu açan vaxt partlayış olub.

Nəticədə o, bir neçə yerdən yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

BAKU.WS