SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gecə Bakıda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün 45 kvadrat metr ərazisi yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.

BAKU.WS
VİDEO

QALEREYA