SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda küçədə arvadını bıçaqlayan kişinin cinayəti ilə bağlı şok detallar məlum olub. 

BAKU.WS xəbər verir ki, cinayətlə bağlı yeni faktlar ARB TV-də yayımlanıb. 

ARB TV-nin "Kriminal" verilişində cinayətin baş vermə anı təqdim olunub. 

Qeyd edək ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü A.İsmayılov 2013-cü ildən Nəzakət Məmmədova ilə faktiki ər-arvad kimi yaşayıb.

Aralarındakı münasibətlərin pozulmasına görə qadın dəfələrlə ondan polisə şikayət edib.

Axırıncı dəfə 2019-cu il mayın 7-də Nəzakət Məmmədova Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən fərdi evdən oğurluq edilməsinə görə DİN-in “102 xidməti”nə məlumat verib və ondan şübhələndiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə dəvət olunmasından hiddətlənən A.İsmayılov mayın 8-də Nəzakət Məmmədovanın işlədiyi “ZOO Mağaza”ya gəlib. Mağazanın həyətində onların arasında mübahisə yaranıb və A.İsmayılov bıçaqla qadına hücum edərək əvvəl ayaqüstə, sonra yerə yıxılmış vəziyyətdə bədən səthinə ardıcıl zərbələr vurub.

Təcili tibbi yardım briqadası Nəzakət Məmmədovanı vaxtında 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırdığından onun həyatını xilas etmək mümkün olub.

Həmin gün A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, əvvəllər məhkum olunan şəxs Nəzakət Məmmədovadan əvvəl iki dəfə evli olub.

BAKU.WS
VİDEO

VİDEO