SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonu ərazisində təzə tikilməkdə olan binaların həyətində yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, yanğın “Təzə bazar”ın yaxınlığında qeydə alınıb.

Ərazidə yeni tikilməkdə olan hündürmərtəbəli binaların həyətində yığılan taxtalar yanmağa başlayıb.

Fəhlələr alovun yayılmasının qarşısını alıblar. Əraziyə çağırılan yanğınsöndürənlər yanğını söndürüb.

Hadisənin görüntüsünü təqdim edirik.

BAKU.WS
VİDEO