SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə xüsusi əməliyyat keçirilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.

Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.

BAKU.WS