VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda güclü yanğın hadisəsi olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, yanğın Qobu qəsəbəsində məişət tullantıları olan ərazidə qeydə alınıb.

O qeyd edib ki, təkər qalıqlarından yanğın baş verib və nazirliyin yanğınsöpndürən maşınlarının köməyi ilə yanğın söndürülüb.

BAKU.WS