VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerik rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.

Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb.

Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq Lənkərana gətirilən yaralı yolda dünyasını dəyişib.

Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub.

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS