VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin hökumət strukturlarında çoxsaylı qohumları çalışır.

BAKU.WS xəbər verir ki, bu barədə “gununsesi.org”un araşdırması zamanı üzə çıxıb.

Həmin şəxslərin siyahısı ilə bağlı apardığımız dəqiqləşdirmədən sonra bu haqda sabah saytımızdan məlumat əldə etmək mümkün olacaq.

Hələlik, onu qeyd edək ki, İsmayıl Vəliyevin bacısı Günəş Vəliyeva generaldır.

Ədliyyə generalı olan Günəş xanım uzun illər Nazirlər Kabinetinin hüquq şöbəsinin rəisi olub.

BAKU.WS