SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Manaf Ağayev ATV-də veriliş zamanı işlətdiyi müəyyən ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Bu barədə BAKU.WS-ə BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Xatırladaq ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

BAKU.WS