SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-da baş verən dəhşətli cinayəti törədən məktəbli hakim qarşısına çıxarılıb.
 
BAKU.WS-in məlumatına görə, Filip Çism adındakı şagird riyaziyyat müəllimi Kollin Ritzeri bıçaqlayaraq öldürüb. Daha sonra müəlliminə təcavüz edən yeniyetmə 40 il həbs cəzasına məhkum edilib.

Hazırda 17 yaşında olan Filip 2013-ci ildə, yəni 15 yaşında olarkən müəlliməsini öldürüb. Ritzeri məktəb dəhlizlərində izləyən şagird tualetdə onu bıçaqlayaraq öldürüb. Filip 24 yaşındakı qadının cəsədini təkərli zibil qutusuyla meşəyə aparıb və orada basdırıb.
 
Hadisədən sonra tutularaq həbs olunan və məhkəməsi gedən yeniyetmə üçün ömürlük həbs istənilirdi. Ritzerin ailəsi məhkəmədə gözyaşlarını saxlaya bilməyib. Öldürülən müəllimənin qardaşı Dan Ritzer hakimə "Bu heyvanı həbsə atın" deyə bildirib.

Hakim Devid Lovi "vəhşilik" olaraq xarakterizə etdiyi bu cinayətə görə 17 yaşlı yeniyetməyə 40 il həbs cəzası verib.
 
BAKU.WS