SİZİN REKLAM BURADA!
055 213 76 73


Masazırda yanğın hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat verib.

Bildirilir ki, havaya qalxan qara qatı tüstü ərazidəki insanları vahiməyə salıb.

Təcili olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildiriblər ki, hadisə avtomobil təmiri sexində qeydə alınıb.

Belə ki, sexdə tüstülənmə baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

BAKU.WS
VİDEO