VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda itkin düşən 16 yaşlı qız tapılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə bildirilib.

Yayılan məlumat üzrə Bakı şəhər BPİ-də müvafiq araşdırma aparılıb.

16 yaşlı qızın itkin düşməsi ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.

Dünən axşam saatlarında 16 yaşlı qız yaşadığı ünvana geri qayıdıb, o, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Qeyd edək ki, Rəfiqə Niyaməddin qızı dünən saat 13.00-da Buzovnada yaşayan bibisigildən evə gələrkən itkin düşüb.

Yeniyetmə qız anasına zəng vuraraq metronun Nərimanov stansiyasında düşmək istəyərkən qatarın qapılarının bağlandığını və geri qayıtmaq üçün nə etməli olduğunu soruşub.

Rəfiqə danışarkən anasına telefonunun 2 faiz enerjisinin qaldığını deyib.

Bu danışıqdan sonra anası ona zəng vurduqda artıq telefon qapalı olub.

BAKU.WS
VİDEO