VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mağazalara dələduz dadanıb və yeni üsul ilə satıcıları aldadaraq pul alır.

Bu barədə mağaza sahibi Orxan Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli 22 ünvanında yerləşən hədiyyələr mağazasında qeydə alınıb.

Belə ki, mağazaya daxil olan şəxs satıcı qıza yaxınlaşıb. O bildirib ki, həmin şəxs müdirin tanışıdır və qonşu dükanda işləyir.

Müştəriyə 50 manata xırda pul qaytarmalıdır. Beləliklə, satıcıdan 50 manat pul alıb və qaçıb.

Orxan Məmmədov bildirib ki, həmin şəxs yaxınlıqdakı dükanlardan da eyni üsul ilə pul almağa çalışıb.

Çox maraqlıdır ki, onun hədəfi satıcı xanımlar olub.

Mağaza müdiri bildirib ki, bu barədə polisə müraciət edəcək.

BAKU.WS
VİDEO