SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində sərxoş sürücü qəza törədib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zakir Məmmədov adlı sürücü idarə etdiyi “QAZ-24" markalı avtomobili öncə "VAZ-2106" markalı avtomovilə vurub.

Ardından yaxınlıqdan keçən piyadanı əzib. Avtomobillə hadisə yerindən qaçmaq istəyən Z.Məmmədov bu zaman maşını evin hasarına çırpıb.

Qəza zamanı xəsarət alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və sərxoş sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS