SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Əhməd Cavad küçəsində qeydə alınıb.

Cəfərova Kəmalə Musa qızına məxsus yardımçı tikili qəfildən alışıb.

Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən briqadası cəlb olunub.

Edilən müdaxilə nəticəsində alovu söndürmək mümkün olub, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ev sahibinin yüngül yanıq xəsarətləri aldığı bildirilir.

İlkin ehtimala görə, yanğının elektrik naqillərində qeydə alınan qısa qapanmadan baş verib.

BAKU.WS
QALEREYA