VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Lənkəran rayonu, Viyən kəndində yanğın hadisəsi baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, yanğın hadisəsi rayon mərkəzindən 9 km aralıda ümumi sahəsi 1920 kv.m olan Viyən kənd orta məktəbində qeydə alınıb.
 
Məktəbinin binasının bir otağının yanar konstruksiyası 40 kv.m, digər otağın tavan hissəsi 10 kv.m və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
ŞAHİN Həbibov
BAKU.WS