SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriyanın İdlib şəhərində Bəşər Əsəd qüvvələrinə məxsus helikopter vurulub.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Suriya Milli Ordusu Əsəd rejiminə aid bir helikopteri hədəf alıb.

Vurulan helikopter alovlanaraq yerə çırpılıb. Həmin anlar kameralar vasitəsi ilə saniyə-saniyə qeydə alınıb. 

Bununla yanaşı bölgədə Əsəd rejiminə məxsus bir neçə hərbi texnika məhv edilib. 

BAKU.WS
VİDEO