SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasında qeydə alınıb.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur.

Təcili yardımın 4 briqadası hadisə yerinə yollanıb.

Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilib.

Qeyd edək ki, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

BAKU.WS
VİDEO