SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

BAKU.WS məlumat verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Report-a məlumat verilib. Ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. Meyitdən götürülən qan nümunələri ilə bağlı aparılan yoxlamaların nəticələri isə 15 gün sonra məlum olacaq.

İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
 
BAKU.WS