SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub.

Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.

Hazırda Ə.Əsədovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO