SİZİN REKLAM BURADA!
055 213 76 73


Deputatlığa namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə özü sosial şəbəkədə məlumat yayıb.

Belə ki, N.Bəydəmirli Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzasına düşüb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, N.Bəydəmirli 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

BAKU.WS