SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Mingəçevirdə polislə toqquşmalarda iştirak edənlərin həbsinə başlanılıb.

Bu barədə musavat.com-un Mingəçevirə ezam olunmuş reportyoruna sakinlər məlumat veriblər. Həbslər əsasən Mingəçevirin kənd hissəsində həyata keçirilib. Sakinlərin məlumatına görə, gecə saatlarında kəndə üzü maskalı şəxslər zirehli maşınlarla daxil olublar. Saxlanılanların aksiya fəalları olduğu bildirilir.

Dünən saxlanılanların hazırda Mingəçevir Şəhər Polis İdarəsində olduqları bildirilir. Polis idarəsindən sayta saxlanılanların vəziyyəti və sayı barədə məlumat veriləcəyi deyilib. Hazırda saxlanılanların yaxınları polis idarəsinin qarşısında gözləyirlər. Saxlanılanların yaxınlarına bildirilib ki, izahat alındıqdan sonra onlar sərbəst buraxılacaqlar.

Saxlanılan şəxslərdən bir nəfər bir müddət öncə polis idarəsindən çıxarılaraq, naməlum istiqamətə aparılıb. Həmin şəxsin Mingəçevir Şəhər Prokurorluğuna aparıldığı ehtimal olunur.
 
BAKU.WS