VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, ötən gün saat 11 radələrində Masallı rayonu Həsənli kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Mayıs qızı Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyiti rayon mərkəzi xəstəxanasına daxil olub.

Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) və Baş prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin Fatimə Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə Fatimə Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman 1 ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırlarmış.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BAKU.WS
VİDEO