SİZİN REKLAM BURADA!
055 213 76 73


Qax rayonunda yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobusla VAZ markalı avtomobil toqquşub. Nəticədə minik maşınının sürücüsü, Qax rayonunun Əmbərçay kənd sakini Namiq Məhəmməd oğlu Hətəmov hadisə yerində ölüb. Mikroavtobusda olan 8 sərnişindən heç biri xəsarət almayıb.

Məlumata görə, mikroavtobus Balakəndən Bakıya hərəkət edirmiş. Qəza nəticəsində yolda qalan sərnişinlər digər mikroavtobusla Bakıya yola salınıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA