SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yol-nəqliyyat hadisəsində azyaşlı qızın ölümünə səbəb olmaqda təqsirləndirilən Camal Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, iş yekunlaşaraq baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 22-də paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, C.Vəliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili yol keçmək istəyən 1979-cu il təvəllüdlü Həşimova Yeganə Füzuli qızını və onun övladları - üç yaşlı Həşimova Nazlı Ramin qızı və dörd aylıq Həşimova Alina Ramin qızını vurub.

Hər üç yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb. Lakin üç yaşlı N.Həşimova yolda vəfat edib.

BAKU.WS