SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb.

BAKU.WS xəbər verir ki, T.Aydınoğlu “report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb:

“Həmin vaxt marketə daxil olub əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm.

Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub:

“Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır.

Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

Fakt üzrə araşdırma aparılır.

BAKU.WS