SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

BAKU.WS