SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Belə ki, Daşkəsən rayon Polis Şöbəsinə 2019-cu il noyabr ayının 22-də Gəncə şəhəri ərazisindəki bankomatların birindən Qabaqtəpə kənd sakinləri B.Əliyevə və həyat yoldaşına məxsus 443 manat pulun bank kartlarından çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS