VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İnternetdə tanış olduğu qadının evinə gedən gənc oğlanı döyüblər.

BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, hadisə Yasamal rayonunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü N.Camalov hadisə barədə polis bölməsinə ərizə ilə müraciət edərək məlumat verib.

Bildirib ki, bir müddət öncə sosial şəbəkədə tanış olduğu qadınla görüşək barədə razılığa gəliblər. O qadının təklif etdiyi Azərbaycan prospektində yerləşən evdə onunla görüşüb. Nailə adlı həmin qadınla evdə cinsi əlaqədə olan zaman otaqda gizlənən 3 nəfər qəfil ortaya çıxıblar.

N.Camalov deyib ki, onlardan birinin adı Ramin olub. Həmin 3 nəfər şəxs N.Camalovu döyüb xəsarət yetiriblər, ondan əlavə pul tələb ediblər.

Müraciətlə bağlı araşdırma aparılır.
 
BAKU.WS