VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində gözəllik salonunda yanğın söndürülüb.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, Nizami Gəncəvi prospektində yerləşən ümumi sahəsi 24 kvadratmetr olan gözəllik salonunda baş vermiş yanğın nəticəsində xəsarət alan olmasa da, salonun içərisində olan əşyalar yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.

***09:53

Gəncə şəhərində gözəlik salonu yanır.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, yanğın Gəncə şəhər Nizami Gəncəvi prospekti ərazisində, Zabitlər evinin yaxınlığında yerləşən gözəllik salonlarının birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.

BAKU.WS
QALEREYA