SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıblar.

BAKU.WS xəbər verir ki, bu haqda azxeber.com-a Elazığ tələbə birliyi başqanı Nail Babayev deyib.

O deyib ki, tələbələr hazırda Naxçıvandadırlar və bütün xərcləri ödənilib: "Dövlətimizə təşəkkür edirik. Yol və yemək xərclərimiz qarşılanıb".

Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr ötən gün vətənə yola salınıb.

BAKU.WS