VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində baş verib.

"VAZ 2106" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmayılov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

BAKU.WS
QALEREYA