SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda 10-cu sinif şagirdi dəm qazından boğularaq ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

Kənd sakini, 17 yaşlı Rövşən Kamran oğlu Qurbanov yaşadı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS