SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə iki gənc qız dəm qazından zəhərlənib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Qax sakini, 1997-ci il təvəllüdlü Hüseynova Aytac Qurban qızı və Şəki sakini, 2000-ci il təvəllüdlü Həsənova Fidan Ayaz qızı zəhərlənmə əlamətlərilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Xəstəxanada müayinə zamanı onların yaşadıqları Şəki şəhəri, Axundov küçəsi 32 ünvanında dəm qazından zəhərləndikləri məlum olub.

A.Hüseynovun vəziyyəti yaxşı olduğu ücün yardım göstərildikdən sonra evə buraxılıb, digər xəstə F.Həsənovanın müalicəsi isə xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla baglı araşdırma aparılır.

BAKU.WS